Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb. BDU-nun rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə BDU-nun yaradıcı tələbələrinə fəxri diplomlar təqdim ediblər. Tarix fakültəsinin IV kurs tələbələri Abbasova Nigar və Həsənzadə Ceylaya BDU-nun rektoru Elçin Babayev tərəfindən təşəkkürnamələr təqdim edilib.