ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin yaranmasının 100 illiyi münasibətilə noyabrın 15-də Tarix fakültəsində növbəti tədbir keçirilib

15/11/2019

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin yaranmasının 100 illiyi münasibətilə noyabrın 15-də Tarix fakültəsində ilk dərslərdən başlayaraq fakültənin professor-müəllim heyəti qruplara daxil olaraq gün ərzində 26 auditoriyada tələbələri təbrik ediblər.

İlk dərslərdən başlayaraq fakültənin dekanlığı – dekan İbrahim Zeynalov, dekan müavinləri Bəxtiyar Nəbiyev, Rəşad Cabbarov, Fakültə Elmi Metodik Şurasının sədri Mehman Abdullayev, akademik məsləhətçilər Aytən Abbasova-Quliyeva, Vasif Nəbiyev, Yasəmən İsmayılova, Anar Həmidov, Tarix fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə, Tələbə Gənclər Təşkilatının sədri Günel Əbdürəhmanova, professorlar Anar İsgəndərov, Əsməd Muxtarova, Əmrah Dadaşov, Qüdrət İsmayılzadə, dosentlər Sevinc Ruintən, Rövşən Hətəmov, Atamoğlan Məmmədli, Azad Rzayev, Abutalıb Cəlilov, Aida Bağırova, Sevda Hüseynova, Qafiq Qurbanov, Qismət Davudov, elmi tədqiqat laboratoriyalarının əməkdaşları Səidə Quliyeva, Hikmət Əhmədov, Rəna Hüseynova, Arzu Abbasova, Murad Əsədov auditoriyalara daxil olub bayram təbriki edib, gənclərə təhsil illəri və elmi fəaliyyətlərinə aid tövsiyələr verib, arzularını bildirib, tərcübələrini paylaşıblar. Görüşlər zamanı universitetin və fakültənin tarixi barədə söhbət edib, universitetin və fakültənin Azərbaycan xalqı qarşısında xidmətləri barədə konkret nümunələr deyilirdi.

Görüşlər zamanı gənclərə universitetin tarixi - ilk dərs günü, rektorları, yerləşdiyi binalar, fakültələri, Tarix fakültəsinin görkəmli məzunları, alimləri və Milli qəhrəmanları, kafedraları barədə və digər maraqlı mövzularda suallar verib, düzgün cavab verən gənclərə yaddaqalan hədiyyələr təqdim ediblər.

Hədiyyələrin siyahısı:

BDU və Tarix fakültəsinin 100 illiyinə aid qələm – 10 ədəd

Fakültənin döş nişanı – 10 ədəd

Üzərində Tarix fakültəsinin tarixi adları olan köynək – 1 ədəd

Akademik Yaqub Mahmudovun müəllifi olduğu kitablar– 3 ədəd

Professor Anar İsgəndərovun müəllifi olduğu – 4 kitab

Professor Məmməd Fətəliyevin müəllifi olduğu – 2 kitab

Dosent Sevinc Ruintənin müəllifi olduğu – 1 kitab

Dosent Kəmalə Ruintənin müəllifi olduğu – 1 kitab Azərbaycan tarixi dərsliyi – 1 ədəd

“Dünya azərbaycanlıları: tarix və müasirlik” elmi konfransının materialları – 5 ədəd

“Dünya azərbaycanlıları: tarix və müasirlik” Elmi-nəzəri toplusu – 5 ədəd

Müxtəlif süvenirlər Şirniyyat

Qeyd edək ki, tədbir dosentlər Sevinc Ruintən və Səidə Quliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Bu günü auditoriyalarda olan proferssor-müəllim heyətinə, kitablarını gənclərə hədiyyə edən alimlərimizə təşəkkür edirik.

Bookmark and Share