ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçi-Alimlərimiz”adlı silsilə layihəyə start verildi.

26/04/2019

Tarix fakültəsində Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illiyinə həsr edilmiş “Tarixçi-Alimlərimiz” adlı yeni layihə başlandı. Layihə çərçivəsində professor-müəllimlərin tələbə heyəti ilə ilk görüşü aprelin 24-də keçirilib.

Dekan Azad Rzayev layihə haqda ətraflı məlumat verdikdən sonra layihəni açıq elan edib və layihənin ilk qonaqları olan Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova və Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadəni təqdim edib. İlk söz Əsməd Muxtarovaya verilib.

Professor Əsməd Muxtarova ilk olaraq dəvətə görə təşəkkürünü bildirib, daha sonra təhsil illəri, elmi fəaliyyəti və karyerası haqqında qısa məlumat verib.

Qeyd edək ki, tarix üzrə elmlər doktoru professor Əsməd Muxtarova 1967-ci ildə fərqlənmə diplomu ilə BDU-nun Tarix fakültəsini bitirib. 1974-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiyə etmişdir. 100-dən çox məqalənin, 2 monoqrafiyanın, 2 kitabın müəllifidir. 1999-cu ildə nəşr etdirdiyi "Türk xalqlarının tarixi (qədim dövr və ota əsrlər)" dərsliyinə görə "Xatun" jurnalının redaksiya heyətinin və "Xatun" Əbədi Məclisinin təşkilat komitəsinin qərarı ilə "Sara Xatun" adına fəxri diplomla təltif edilib. 1997-ci ildən nəşr olunmasına başlanmış, təsisçisi və Baş redaktoru olduğu "Tarix və onun problemləri" elmi, nəzəri, metodik jurnal vasitəsi ilə Sankt-Peterburqun Azərbaycanlı diasporası ilə, Moskva Dövlət Universiteti, Daşkənd Universiteti, İsrail, İran, Almaniya ilə əlaqələr yaradılmışdır.

Sonra söz professor Qüdrət İsmayılzadəyə verilib. Qüdrət İsmayılzadə dəvətə görə təşəkkürünü bildirib və tələbəlik illərindən, elmi fəaliyyəti və karyerası haqqında danışıb. 1957-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Troya, Boğaz və Altıntəpə kimi əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak etmişdir. 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir. 1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirmişdir.

Sonra Ə. Muxtarova və Q. İsmayılzadə tələbələrə təhsilə, elmə diqqət və qayğı ilə yanaşmalarını tövsiyə etdilər və gələcəkdə bir mütəxəssis kimi formalaşmalarını arzu etdilər.

Fakültənin dekanı Azad Rzayev Əsməd Muxtarovaya və Qüdrət İsmayılzadəyə görüşdə iştiraklarına görə fakültənin professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib.

 

Bookmark and Share