ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetinin tarix fakültəsinin numizmat alimin Sankt Peterburqda kitabı nəşr olunub.

05/07/2019

Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Qənirə Pirquliyevanın "Bakı Qalası – İçərişəhər" kitabı Sankt Peterburqda nəşri olunub. Bakının ürəyində yerləşən Bakı Qalası – İçərişəhər mədəni irsin nadir incilərindən biridir. Bu tarixi məkan zaman-zaman tədqiq olunub və bir çox sirləri bizlərə açıb. Lakin zaman ötdükcə, milli təfəkkür formalaşdıqca bir çox tarixi məqamlara yeni prizmadan yanaşmaq ehtiyacı duyulur və yeni elmi əsərlər meydana gəlir.İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin son illərdə apardığı gərgin və sistemli elmi axtarışlar “Бакинская крепость – Ичеришехер” adlı əsərin meydana gəlməsi ilə nəticələndi.

Əsər Azərbaycan elmində artıq öz sözünü demiş görkəmli alimlərin böyük zəhməti nəticəsində ərsəyə gəlmişdir. Kitab layihənin müəllifi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov olub. Kitabda Bakı Qalasına dair geniş məsələlər spektri öz əksini tapmışdır. Burada Bakının zəngin tarixi faktlara söykənən yığcam tarixi oçerki, İçərişəhərin memarlığı, arxeologiyası, etnoqrafiyası, numizmatikası, epiqrafikası, Bakı xalçaları, Bakı mətbəxi haqqında ətraflı bəhs olunur.

Əsər maraqlı elmi-populyar dildə yazılmış və zəngin tariximizi, mədəniyyətimizi oxucuya sadə tərzdə çatdırır. Kitab polioqrafiyanın son nailiyyəti səviyyəsində nəfis şəkildə, yüksək dizaynla Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Petropolis” nəşriyyat evində işıq üzü görüb. Kitab rus dilində təqdim olunub. Bu alimlərimizin böyük uğurudur.

Bookmark and Share