ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı təşkilat komitəsi və işçi qrupu yaradılıb.

12/02/2019

BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamını əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə təşkilat komitəsi və işçi qrupunun yaradılması haqqında əmr imzalayıb.

Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşri, universitet haqqında sənədli film çəkilişi, “Xatirə yubiley” medalının, döş nişanlarının buraxılması, rəsm və foto müsabiqəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili və keçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxildir.

Bookmark and Share