ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

03/06/2009

2009-cu ilin payızında Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransda Azərbaycan və xarici ölkələrin tanınmış alimlərinin iştirakı nəzərdə tutulur. Materiallar tezislər şəklində nəşr olunacaqdır.
Tədbirin gündəliyi və keçirilmə tarixi haqqında əlavə məlumat veriləcəkdir.

Konfransa tezislər (bir nüsxədə elektron variantı əlavə olunmaqla) 30 iyun 2009-cu il tarixinə kimi universitetin müvafiq fakültələrində qəbul olunur:

Tarix (439-11-17)

Tezislərin tərtib olunma qaydaları:
Tezisin adı-böyük hərflərli, qalın, şrift 12pt.
Müəllifin adı, atasının adı, soyadı-adi hərflərlə, qalın, şrift 12pt.
Təhsil müəssisəsinin adı-adi hərflərlə, qalın, şrift 12pt.
Konfransa təqdim olunan tezisin (Azərbaycan, rus və ya ingilis dilində) həcmi 2 səhifədən cox olmamalıdır.
Mətnin yığılması-A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12pt, interval 1, Times New Roman.
Tezislərin seçimini təşkilat komitəsi öz üzərinə götürür.
Bir müəllif 2-dən artıq tezis təqdim edə bilməz.
Tezislər təşkilat rəhbərinin rəsmi məktubu ilə birgə təqdim olunmalıdır.
Əlavə məlumat üçün əlaqə telefonları: (+994 12) 439-04-43; 438-15-54;
e-mail: conference@bsu.az

Bookmark and Share