ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bakı Dövlət Universitetində ilaxır çərşənbəsi qeyd edilib

15/03/2016

Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib. Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor Abel Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.Sonda Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

Bookmark and Share