ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bakı Dövlət Universitetində “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir

23/12/2016

2016-cı il dekabrın 21-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın müstəqilliyinin bərpasının və Dünya azərbaycanlılarının Həmrəylik gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili I elmi konfrans öz işinə başlamışdır. Konfransın açılışı Azərbaycanın dövlət himni ilə başlayıb və Azərbaycan adı uğrunda mübarizə aparan bütün tarixi şəxsiyyətlərimiz, dövlət xadimlərimiz, Vətənimizin bütövlüyü və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra dünya azərbaycanlılarının həmrəylik himni səsləndirilmişdir. İlk təbrik nitqini Tarix fakültəsinin dekanı dosent Azad Rzayev etmişdir. O, xalqımızın azadlıq mübarizəsindən, dövlət müstəqilliyimizin bərpası, dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi tarixindən danışmış, konfransın məqsəd və vəzifələrini açıqlamışdır. Bu təsis konfransının gələcəkdə daha böyük formatda keçirilməsi və gənclərin elmi araşdırmalara cəlb edilməsi üçün görülən işlərdən danışmışdır. Növbəti çıxışçı Azərbaycan tarixi (təbiət elmləri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev olmuşdur. O, tarix elmimizin qarşısında dayanan mühüm məsələlərdən, yeni gənc tarixçilərin yetişdirilməsinin vacibliyindən bəhs etmişdir. Təsis konfransında iştirak edən Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov Komitənin yarandığı gündən qarşısında duran vəzifələrdən, gördüyü işlərdən, dünyanın müxtəlif ölkələrindəki daisporlarımızın fəaliyyətindən, əldə olunan uğurlardan, yaxın gələcəkdə görülməsi vacib olan işlərdən ətraflı danışmışdır. Konfransın Təşkilat Komitəsinin üzvü, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müəllimi t.f.d.Arzu Məmmədova çıxışında “dünya azərbaycanlıları” anlayışına xüsusi diqqət ayırmış, Azərbaycan tarixi (təbiət elmləri üzrə)” kafedrasının və Dünya azərbaycanlıları elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutan konfransın əsas məqsədinın ali təhsilin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan gənclərdə araşdırmaçı keyfiyyətlərini formalaşdırmaq olduğunu qeyd etmişdir. Açılış mərasimindən sonra konfrans işini bölmələrdə davam etdirmiş, Azərbaycan mühacirəti, Azərbaycanın ərazisi və əhalisi (XIX-XXI əsrlər), Azərbaycanlılar II dünya müharibəsi illərində mövzularında məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdir. Dekabrın 22-də bölmə iclasları davam etdirilmiş, Dünya Azərbaycanlılarının həmrəylik günü və Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, qaçqın və məcburi köçkünlər problemi, Azərbaycan diasporu və onun fəaliyyəti mövzularında məruzələr dinlənilmiş, həmin mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Ümumilikdə, konfransda 43 məruzə dinlənilmişdir. Bölmələrarası iclaslarda dəvətli qonaqlar öz məruzələri ilə çıxışlar etmişlər. AMEA-nın aparıcı elmi işcisi, t.f.d. Leyla Hüseynova məruzəsi “Dünya azərbaycanlılarının təşkilatlanması Heydər Əliyevin Azərbaycan tarixi məsələlərinin tərkib hissəsi”,Azməktəb layihəsinin rəhbəri, Trend informasiya agentliyinin İran üzrə eksperti Ümid Niayeşinin məruzəsi isə “İranın müasir tarix dərsliklərində türklər (2012-2016) mövzusuna həsr olunmuşdur. Hər iki məruzəçinin çıxışları konfrans iştirakçılarının maragına səbəb olmuşdur. Günün sonunda konfrans işini başa çatdırmışdır. Bağlanış iclasında məruzələrlə çıxış edən konfrans iştirakçılarına, həmçinin onların elmi rəhbərlərinə və Təşkilat komitəsinə sertifikatlar təqdim edilmiş, konfransın Müraciəti qəbul edilmişdir. Bildirək ki, konfrans BDU-nun Azərbaycan tarixi (təbiət fakültəl əri üzrə) kafedrasının və Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi tədqiqat laboratoriyasının təşəbbüsü ilə baş tutan konfransın gələn ildən hər ilin dekabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.

Bookmark and Share