ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bakı Dövlət Universitetində “Böyük etnoqrafik imla” dərsi təşkil edilib

06/11/2017

Rusiyanın ölkəmizdəki səfirliyinin, Rusiya informasiya və mədəniyyət mərkəzinin, habelə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində “Böyük etnoqrafik imla” dərsi təşkil edilib. BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova tədbirin əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbirin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə BDU rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən bu imla dərsinin iştirakçıları 45 dəqiqə ərzində Rusiya Federasiyası xalqlarının tarixi, məişəti və mədəniyyəti ilə bağlı 30 suala cavab verməli olacaqlar.

BDU-nun tarix fakültəsinin dekanı, dosent Azad Rzayev Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri və iqtisadi əməkdaşlığın həmişə yüksək səviyyədə olduöuna diqqət çəkib. Ölkəmizdə rus dilinin öyrənilməsinə böyük diqqət yetirildiyini vurğulayan dekan çıxışının sonunda imla iştirakçılarına uğur arzulayıb. Qeyd edək ki, 2016-cı ildə Rusiyada belə bir imla yazılmasında 90 min nəfər iştirak edib. Bu ildən etibarən həmin təhsil aksiyası beynəlxalq xarakter kəsb edib.

Rusiyada “Rossotrudniçestvo” agentliyinin dəstəyi ilə keçirilən “Böyük etnoqrafik imla” dərsinin təşkilatçıları Millətlər Məsələləri üzrə Federal Agentlik və Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyi, , aksiyanın elmi tərəfdaşı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsinin etnoslararası və konfessiyalararası münasibətlər sahəsində idarəetmə kafedrasıdır. Azərbaycanda bu imla dərsində Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

Bookmark and Share