ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Azərbaycanlı professorun kitabları ABŞ-da çap olunub

07/01/2019

Adıçəkilən kitablarda Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamanlardan bugünkü dövrə qədər tədqiq edilib. Belə ki, kitablarda eramızdan əvvəlki minillikdə ölkəmizin ərazisində yaşayan türk mənşəli tayfalar, Azərbaycan xalqının yaranması, mövcud olan Azərbaycan dövlətləri, hökmdarları və prezidentləri barədə məlumatlar verilib.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları Amerika Birləşmiş Ştatlarında ( Raley şəhəri, Şimali Korolina Ştatı) nəfis tərtibatla çap olunub. Redaktoru Maykl Brannok olan kitabların ingilis dilinə tərcüməsi AMEA-nın əməkdaşı Fatma Fərəcovaya aiddir.

 

Bookmark and Share