2009-cu il, mayın 16-17-də ABŞ-ın Nyu-York şəhərinin Kolumbiya Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 91 illiyinə həsr olunmuş konfarns keçiriləcək. Konfarns Kolumbiya Universiteti, Türk-Amerikan təşkilatları federasiyası, Azərbaycan-Amerika Şurası və Azərbaycanın Los-Ancelesdakı konsulluğunun birgə iştirakı ilə keçirilir. Tarix fakültəsinin dekanı, t.e.d., professor S.T.Hacıyev konfransda “Birinci Dünya müharibəsi illərində Azərbaycan-Osmanlı münasibətləri ” mövzusu ilə çıxış edəcək.