ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Amerikalı professor BDU-da mühazirə oxuyub

19/04/2017

Amerikalı professor Sem Potolikkio Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qonağı olub. Görüş ABŞ səfirliyinin dəstəyi ilə Alumni MAX proqramı çərçivəsində baş tutub. “Amerikada seçkilər” mövzusunda məruzə ilə çıxış edən professor Amerikada seçki sisteminə təsir edən amillər, elektor kollegiyasına əsaslanan prinsiplər, ABŞ-da keçirilən son seçki kampaniyası və nəticələri barədə tələbələrə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, professor Sem Potolikkio Avropanın ən böyük universiteti olan Rusiya Prezident Akademiyasının fəxri professorudur. O, Beynəlxalq İdarəetmə Kafedrasının müdiridir və Rusiya, Makedoniya, İordaniya, Amerika Birləşmiş Ştatlarında filialları olan "Preparing Global Leaders Foundation" beynəlxalq idarəetmə üzrə təlim proqramının rəhbəridir. S.Potolikkio, eyni zamanda, İndianapolis Universiteti, Luqar Akademiyasının baş məruzəçisi, Corctaun və Nyu York Universitetlərinin fəxri professorudur.

Bookmark and Share