ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

AMEA-nın Tarix muzeyində təşkil olunmuş iclas

05/06/2009

2009-cu il iyunun 1-də AMEA-nın Tarix muzeyində Akademiyanın prezidenti Mahmud Kərimovun sədrliyi ilə iclas keçirilmişdir.Akademik M.Kərimov Emannuel Nobelin anadan olmasının 150 illiyi və Nobel qardaşlarının neft şirkətinin əsasını qoymasının 130 illiyinin əlamətdar hadisə olduğunu vurğulamışdır.
Tədbirdə AMEA Rəyasət heyətinnin üzvləri, BDU-nun rektoru, akademik A.M.Məhərrəmov, Bakı Nobel İrsi Fondunun rəhbərliyi, Rusiya İctimai Palatasının sədri, akademik E.Velixov, habelə Nobellər ailəsinin təmsilçiləri iştirak etmişlər.
BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə ) kafedrasının professoru Elmira Muradəliyeva “Bakı neft kapitalının Beynəlxalq Nobel Mükafatları Fondunun yaranmasında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Professor E.Muradəliyeva “Emannuel Nobel” mükafatı ilə təltif olunmuşdur.

Bookmark and Share