ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ABŞ-ın Binqamton Universitetinin professoru BDU-nun tarix fakültəsində olub

09/06/2017

Bakı Dövlət Universitetinin Tarix fakültəsində ABŞ-ın Binqamton Universitetinin professoru Heather Dehaanın ilə görüş keçirilib. Fakültənin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan dekan Azad Rzayev qonaq barədə məlumat verib. O, bildirib ki, tarix elmləri üzrə fəlsəfə doktoru Heather Dehaanın bu yaxınlarda “Stalin dövründə şəhər planlaşdırılması: peşəkarlar, performans və güc” adlı monoqrafiyası dərc edilib. Hazırda ikinci proyekti kimi o, 1920-ci ilin sonlarında və 1970-ci ilin əvvəllərində Bakıda məhəllə inkişafının öyrənilməsi mövzusunda təqdiqat işləri aparır. Alimin tədris istiqamətlərinə Rusiya və Sovet tarixi, Mərkəzi Asiya və Qafqaz, XX əsrdə Avrasiyada şəhər təcrübəsi daxildir. Professor Rusiya, Mərkəzi Asiya (Azərbaycan) və ABŞ-da gündəlik şəhər həyatını araşdıraraq şəxsi bloqunda bu barədə (http://www.heatherdehaan.wordpress.com) materiallar təqdim edir. Professor Heather Dehaanın görüş üçün təşəkkür edib və tədqiqat işi haqqında məlumat verib. Mətbuat və informasiya şöbəsi, 09 iyun 2017-ci il.

Bookmark and Share