ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

9 noyabr 1918-ci il tarixli çıxarış haqqında

09/11/2017

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birləşmələri Bakını erməni-rus işğalından azad etdikdən sonra hökumət Bakıya köçüb və müstəqil Azərbaycan hökumətinin qəbul etdiyi ilk qərarlardan biri milli bayraq haqqında ikinci qərarın qəbul edilməsi olub. "Milli bayraq haqqında" Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış”da deyilir:

1. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

2. Azərbaycan Respublikasının dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

3. Azərbaycan Respublikasının dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət bayrağı dəyişdirilib. Yalnız Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra yenidən üçrəngli bayraq dövlət bayrağı kimi yenidən qəbul olunub.

Bookmark and Share