ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“31 mart: tarix və gerçəklik” mövzusunda Beynəlxalq konfrans 30-31 mart 2022, Bakı Dövlət Universiteti

01/03/2022



2022-ci il martın 30-31-də Bakı Dövlət Universitetidə “31 mart: tarix və gerçəklik” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və dissertantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.

Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 14 mart 2022
Konfransın keçirilmə tarixi – 30-31 mart 2022

Konfransın mövzuları:

-        İnsanlıq əleyhinə cinayətlər, soyqırım problemi tarixi tədqiqatlarda

-        1918-ci il qırğınları mənbələrdə

-        24 aprel erməni uydurması və real tarix

-        Soyqırım problemi müstəqillik dövrünün tədqiqatlarında

-        Soyqırım probleminin tədqiqində Azərbaycan və Türkiyə tarixçilərinin əməkdaşlığı

-        Soyqırım problemi Avropa və Amerika tarixşünaslığında

Konfransda iştirak şərtləri:

-        Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.

-        Konfransın əsas işçi dili Azərbaycan, Türkiyə türkçəsi, rus və ingilis dilidir.

-        Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.

-        Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.

-        Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.

-        Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.

-        Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.

-        Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.

 

Tezisin tərtibi qaydaları:

-        Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.

-        Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.

-        Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.

-        Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.

-        Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)

-        Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.

-        İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.

-        İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.

-        İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.

-        Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.

 

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

[email protected]

Əlaqə: 012-538-22-93

Hörmətlə, Təşkilat Komitəsi

Bookmark and Share