2016-ci il martın 31-də BDU-nun Tarix fakültəsində 1918-ci ildə bolshevik-daşnak bandalarının azərbaycanlılara qarşı törətdikləri 31 mart soyqırımna həsr olunmuş elmi konfrans keçirilmişdir. Tədbiri tarix fakültəsinin elmi işlər üzrə dekan müavini t.ü.e.d. professor S.Y. Suleymanova giriş sözü ilə açdı. T.ü.e.d., professor A. C. İsgəndərov mart soyqırımı barədə arxiv sənədləri əsasında məruzə etdi, t.u.f.d., dos A. Məmmədli 1918-ci ildə ermənilərin xalqımızın başına gətirdiyi faciəni faktlarla əsaslandırdı.Tədbiri dekan müavini professor S. Y. Süleymanova yekun çıxışı ilə bağlı elan etdi.