ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

21-22 dekabr 2018-ci il tarixdə BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

11/07/2018

Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılar, dəyərliaraşdırmaçılar!

2018-ci ildekabrın 21-22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə təşkil olunacaq “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans baş tutacaqdır. Ənənəvi keçirilən elmi konfransın 3-sü dövlətçilik tariximizin çox böyük və şərəfli hadisəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövrünə təsadüf edir.

Bu səbəbdən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı III beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Cümhuriyyət ilinin yekununda təşkil olunacaq konfransda Siz dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.

Əlaqə: +99412-537-04-61 (saat 9.00-17.00)

Email: dunya.azerbaycanlilari.etl@gmail.com 


Bookmark and Share