ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

2020-ci il may ayının 7-də BDU-nun Tarix fakültəsində Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş “Heydər Əliyev: İntibah dövrünün davamlı inkişafı” mövzusunda Elmi konfrans keçiriləcək

17/02/2020

2020-ci il may ayının 7-də BDU-nun Tarix fakültəsində Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş

“Heydər Əliyev: İntibah dövrünün davamlı inkişafı” mövzusunda Elmi konfrans keçiriləcək

Elmi konfrans professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr üçün nəzərdə tutulub.

Elmi konfrans 2020-ci il may ayının 7-də saat 13.00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 902-ci aud.keçiriləcək.


ELMİ KONFRANSIN MÖVZULARI

  • Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti
  • Heydər Əliyev: Azərbaycan tarixininin aktual problemləri
  • Heydər Əliyev: Azərbaycanın dövlətçilik tarixi
  • Heydər Əliyev: Azərbaycan xalqı II Dünya müharibəsi illərində
  • Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının  xilaskarı və qurucusudur
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısıdır

XÜLASƏNİN QƏBULU ŞƏRTLƏRİ:

  • Xülasələr Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
  • Xülasələr müəlliflərin hesabına çap edilir.
  • Xülasələr elektron formada aprel ayının 7-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavininin E-mail ünvanına /knajafova69@mail.ru/ göndərilməlidir.
  • Əlaqə: 012-538-22-93 ( saat 9.00- 17.00)

XÜLASƏNİN TƏRTİBİ QAYDALARI:

  • Mətn ölçüləri: Arial, ölçü 12, interval 1;
  • Vərəq ölçüləri: hər tərəfdən 2 sm;
  • Həcm  1-2  səhifə  (500 söz);
  • Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;
  • Xülasənin adı ilə məzmunu tam uyğun olmalıdır;
  • Xülasənin başlığının altında sağ tərəfdə 10 ölçü ilə müəllifin və rəyçinin adı, soyadı   tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;
  • Xülasədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin sonunda 10 ölçü ilə əlifba sırası ilə düzülür. Mətndə istinadlar həmin sıraya uyğun kodla verilir. Məsələn [1, səh. 8].

 

Hörmətlə, Təşkilat Komitəsi

 

Bookmark and Share