ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

2017-ci il dekabrın 21-22-də BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçiriləcək.

05/07/2017

Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılarımız, dəyərli araşdırmaçılar!

2017-ci il dekabrın 21-22-də “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda respublika elmi konfransımız keçiriləcək. Ənənəvi keçirilməsi nəzərdə tutulan konfransımızın birincisi 2016-ci il 21-22 dekabr tarixində uğurla gerçəkləşdirilmişdir.  Konfransda müzakirə olunan məsələlər tarix elmimizin aktual problemleri olduğundan elm adamları ilə yanaşı cəmiyyətdə də ciddi rezonans doğurmuşdur.

Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsinin və Təhsil nazirliyinin dəstəyi ilə təşkil olunacaq növbəti respublika konfransını təşkil edərkən əsas hədəfimiz qocalmaqda olan elmimizə gənclik ruhu vermək, gənclərin elmi araşdırmalara olan marağını artırmaq və həqiqi akademik səviyyədə araşdırmaların müzakirə olunduğu mühit yaratmaqdır!

Siz - dəyərli gənc tədqiqatçıları konfransımızda görməkdən məmnun olarıq.

Müraciət forması

Hörmətlə,Təşkilat Komitəsi


Bookmark and Share