ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

2016-cı ilin fevral ayından Türk xalqları tarixi kafedrasının Tədris kabineti (Yeni tədris binası, aud.№803) nəzdində “Virtual kitabxana” fəaliyyətə başlayacaq

21/01/2016

2015/2016-cı tədris ilinin sentyabr ayından Tarix fakültəsində Universitetdaxili 50+50 qrant layihəsi çərçivəsində hazırlanaraq istifadəyə verilmiş “Türk xalqları tarixi kafedrasının tədris kabineti” nəzdində “Türk xalqları tarixi”, həmçinin digər fənlər və problemlər üzrə ədəbiyyatların toplandığı "Virtual kitabxana" fəaliyyətə başlayır. Hazırda kitabxanada azərbaycan, türk, rus və ingilis dillərində 100-ə yaxın kitab, jurnal, məqalə toplusu, konfrans materialları və digər nəşrlər toplanıb. Kitabxanada mövcud ədəbiyyatlardan tələbələrin, həmçinin müəllimlərin istifadə edəcəyi nəzərdə tutulur. Bu işi koordinasiya etmək məqsədilə fakültə dekanı dos.Azad Rzayevin daxili sərəncamı ilə Tarix fakültəsi tələbələrindən Fidan Əlisoy (Sabah qrupu, III kurs) və Fəridə Həmidzadə (tarix ixtisası, III kurs) “Virtual kitabxana” üzrə məsul şəxslər təyin edilmişlər. 2016-cı il fevral ayının 1-dən “Virtual kitabxana”da toplanmış kitab və jurnallardan, digər materiallardan istifadə etmək mümkün olacaq. Kitabxananın fəaliyyəti ilə bağlı, kitabxanada olan ədəbiyyat və materiallarla tanışlıq və onların əldə edilməsi ilə bağlı Türk xalqları tarixi kafedrasının elektron ünvanına müraciət edilə bilər: txt_kaf@bsu.edu.az

Kitabxanamızın akademik nəşrlərlə təmin edilməsinə hər birimiz yardım edə bilərik. Çox dəyərli hesab etdiyimiz nəşrləri evimizdə saxlamaqla heç kimin xəbər tutmayacağı adi kitaba da çevirə bilərik; kitabxanaya verməklə, çoxlarının oxuyaraq faydalana biləcəyi çox qiymətli mənbəyə də. Qərar hər birimizə aid!

 

Bookmark and Share