ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

2016-cı il oktyabrın 17-də “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyasında elmi seminar keçirilmişdir.

17/10/2016

2016-cı il oktyabrın 17-də Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasında “Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi müstəqillik illərində” mövzusunda elmi seminar keçirilib. Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dos.Mehman Abdullayev ilk olaraq dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə ETL əməkdaşlarını təbrik etdi. Müstəqilliyin əhəmiyyəti, keçən müddətdə əhali tarixinin öyrənilməsində əldə edilən nailiyyətlər barədə məlumat verdi. Sonra aparıcı elmi işçi t.f.d.Gülzar Novruzovanın “Müstəqillik illərində Azərbaycan əhalisinin təsnifatı: Qəbələ rayonu əhalisinin milli tərkibi”, böyük elmi işçi t.e.n.Hikmət Əhmədovun “Zaqatala rayonu əhalisinin təhsil səviyyəsi”, böyük elmi işçi t.f.d.Səidə Quliyevanın “Oğuz rayonun əhalisi müstəqillik illərində”, böyük elmi işçi Ulduz Paşayevanın “Azərbaycanın şimal-qərb rayonlarında əhalinin təbii artımı: ailə-nikah vəziyyəti, doğum və ölüm”, kiçik elmi işçi Leyla Vaqif qızının “Azərbaycanın şimal-qərb bölgəsinin kitabxanaları”, elmi işçi Günay Aşurovanın “Balakən rayonu əhalisinin təhsil səviyyəsi”, laborant Səidə Nəbiyevanın “Qax rayonu əhalisinin təhsil səviyyəsi” mövzusunda məruzələri dinlənilib və müzakirələr aparılıb. ETL əməkdaşları tədqiqatın yekunları, təklifləri və yaranan problemlər barədə də müzakirələr aparıblar. Dos.M.Q.Abdullayev məruzələrin əsasında məqalələrin hazırlanması və nəticələrin ictimaiyyətə çatdırılması barədə tövsiyyələr verib.



Bookmark and Share