ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

19-20 may 2016-ci ildə Tarix fakültəsində M.K.Atatürkün 135-illiyinə həsr olunmuş Respublika tələbə-gənclər konfransı keçiriləcək

25/01/2016

 










Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirinin 27 iyun 2014-cü il tarixli, 752 saylı əmri ilə təsdiq edilmiş “Аli təhsil müəssisəsində təhsil alanların (tələbələrin) еlmi-tədqiqat işinin təşkili haqqında” əsasnaməni rəhbər tutaraq, Tarix fakültəsi “Türk xalqları tarixi kafedrası”nın təşəbbüsü ilə 2016-cı il may ayının 19-20-də “Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında” mövzusunda Respublika tələbə-gənclərinin elmi konfransının keçirilməsinə qərar vermişdir. Konfrans Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 135 illik yubileyinə həsr olunacaq.

Konfransa iştirakçı olaraq qatılmaq istəyəcək bakalavriat və magistratura təhsili alan hər bir tələbə-gəncə bir daha özünün elmi araşdırma bacarıqlarını yoxlamaqda, gələcək fəaliyyət sahəsi seçərkən diqqət etməli olduğu məsələləri müəyyənləşdirməkdə yardımçı olmacağımıza, daha geniş mənada isə bir-birlərini dinləməyi, müzakirələr aparmağı, fikir müxtəlifliyinin olduğu məsələlərin müzakirəsində iştirak vərdişi əldə etmək imkanı verəcəyimizi düşünürük. Bu baxımdan keçirməyi planlaşdırdığımız tədbirin yalnız elmi deyil, həmçinin praktik əhəmiyyətinin də olacağını əminliklə qeyd edə bilərik. İştirakçıların hər birinə uğurlar arzulayır, konfransımızda iştirakınız professional fəaliyyətinizdə uğurlu başlanğıc olsun deyirik.

Təşkilat Komitəsi


Bookmark and Share