ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ZEYNALOV İBRAHİM XUDAVERDİ OĞLU (1954) Tarixçi

5 fevral 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirmiş və 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış, 1980-ci ildə Sabirabad rayonuna müəllim vəzifəsinə göndərilmişdir. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1986-cı ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2000-ci ildə professor elmi adı almışdır. 1986-cı ildə BDU-nun Azərbaycan tarixi kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1996-2000-ci illərdə BDU-nun Aspirantura və doktorantura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildə Abbasqulu Ağa Bakıxanov adına diploma və mükafata, “Vətən” mükafatı laureatı diplomuna layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən XX-XXI əsr Vətən tarixinin problemləri ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 10-dan çox dərsliyin, dərs vəsaitinin, 4 monoqrafiyanın, 160-dan çox elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 25-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 7 elmlər namizədi hazırlanmışdır. 2014-cü ildən “Bakı Universitetinin Xəbərləri” (humanitar elmlər seriyası) jurnalının məsul katibidir.

Bookmark and Share