ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

YUSİFOV YUSİF NİFTALI OĞLU (1906-1995) Tarixçi

1906-cı il oktyabrın 20-də Qazax rayonunda anadan olmuşdur. 1926-cı ildə Qazax müəllimlər seminariyasını bitirib əmək fəaliyyətinə başlamışdır. Qaryagin rayonunun Qoçəhmədli kəndində müəllim, natamam orta məktəbin müdiri, kəndli-gənclər məktəbinin direktoru, RXMŞ-nin müdiri, 1933-1953-cü illərdə Şamxor və Ağdam rayon partiya komitələrində şöbə müdiri, Ağdamda “Lenin yolu” qəzetinin redaktoru, Bakı şəhər partiya komitəsinin mühazirəçisi və şöbə müdirinin müavini, Keşlə və Ağdam rayonları partiya komitələrinin birinci katibi, 1948-1951-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1952-ci ildən başlayaraq 40 ildən artıq ali məktəbdə fəal pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsindən Sov.İKP tarixi kafedrasında professor vəzifəsinə qədər pedaqoji yol keçmişdir. Y.N.Yusifovun bir alim kimi tarix elmində böyük xidmətləri olmuşdur. Onun Azərbaycan tarixinin aktual problemlərinə aid onlarca əsəri nəşr edilmişdir. Dəfələrlə SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR ali sovetlərinə deputat seçilmişdir. 1947-1951-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Çoxillik əmək, partiya-dövlət, pedaqoji fəaliyyətinə görə 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, birinci dərəcəli Vətən müharibəsi ordeni və bir sıra medallarla təltif edilmişdir.

Bookmark and Share