ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Vəliyev Tofiq

Vəliyev Tofiq Talış oğlu

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti «Slavyan ölkələri tarixi» kafedrasının müdiri
Tel:+ (944) 012 439 09 12
E-mail: veliyev_tofiq@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT
  • 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub.
  • 1948 – 1951- ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır.
  • 1951 – 1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir.
  • 1953 – 1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilmişdir.
  • 1960 - 1963 –cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır.
  • 1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
  • 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçmişdir.
  • 1993-cü ildən bu günədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləyir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
  • 1958-ci ildə BDU-nun Tarix fakültəsini bitirmişdir.
  • 1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
  • 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
  • 1951 – ci ildə Ağdam Pedaqoji texnikumunu bitirib və 1951 -1952-ci tədris illərində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir.
  • 1958-1990-cı illərdə AMEA Tarix institutunda işləmişdir
  • 1990-cı ildən Bakı Dövlət Universitetinin «Slavyan ölkələri tarixi» kafedrasında professor və kafedranın müdiri vəzifəsində çalışır.
  • XIX əsr – XX əsrin əvvəllərində Slavyan ölkələri tarixini tədris edir.
  • 160-dan çox məqalənin, 5 monoqrafiyanın, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir.
  • Bu müddətdə 8 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.
TƏDQİQAT SAHƏSİ
  • XIX əsr – XX əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında kapitalist münasibətlərinin inkişafı və eyni dövrdə Şərqi Slavyan ölkələrinin tarixi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 1970-ci ildə Peterburqda (Leninqrad) keçirilmiş dünya iqtisadi tarixi və həmin ildə Moskvada təşkil edilmiş XII beynəlxalq tarix konqreslərində iştirak etmişdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  • XX əsr Azərbaycan tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti I hissə). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti II hissə). Bakı, 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, II hissə). Bakı 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, III hissə). Bakı 2004.
  • Slavyan ölkələri tarixi. Ümumi kursun proqramı. Bakı 2004.
  • Slavyan ölkələri tarixi magistr kursunun proqramı. Bakı 2008.
  • XIX əsrin axrları XX əsrin əvvəllərində Rusiya və Azərbaycan iqtisadiyyatının inkişafı – Bakı Universitetinin «Xəbərləri (humanitar seriya)». Bakı, 2008, №3
KİTABLAR
  • XX əsr Azərbaycan tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti I hissə). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti II hissə). Bakı, 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, II hissə). Bakı 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, III hissə). Bakı 2004.
Bookmark and Share