ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Useynova Gülnara Bilal qızı

Useynova Gülnara Bilal qızı

Tarix elmləri namizədi, dosent
Telefon:+(994)12 4390856

QISA BİOQRAFİK MƏLUMAT

  • 1928-ci ildə yanvarın 4-də Krım vilayətinin Baxçasaray şəhərində fəhlə ailəsində anadan olub.
  • 8-ci sinfə qədər Simferopil şəhərinin orta məktəbində oxumuşdur.
  • 1944-cü ildə krım tatarlarının deportasiyası zamanı ailəsi ilə birlikdə Özbəkistan SSR-nin Səmərqənd şəhərinə köçürülüb və orada hazırlıq kurslarını bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1951-ci ildə Özbəkistan Dövlət Universitetini Tarix ixtisası üzrə bitirmişdir.
  • 1967-ci ildə aspiranturaya daxil olub. “Yüngül sənayedə fəhlə sinfi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

  • İnstitutu bitirdikdən sonra Özbəkistan tarix muzeyində elmi işçi vəzifəsində calışıb
  • Daha sonra, universitetdə metodist vəifəsində işləyib.
  • Deportasiya olunmuş xalqlar bəraət aldıqdan sonra 1959-cu ildə Azərbaycan Respublikasının Baki şəhərinə köçüb. Azərbaycan tarixı muzeyində baş elmi işçi vəzifəsində işləyib.
  • 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində “SSRİ tarixi” kafedrasinda dosent vəzifəsinə seçilib.
  • Hal-hazırda “Türk və Qafqaz xalqları tarixi” kafedrasında çalışır.
  • "Türk xalqları tarixi (müasir dövr)", "Türkiyə tarixi", "Qafqaz tarixi" fənlərindən mühazirə oxuyur.
  • 44-dən çox elmi məqalənin müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • “XX əsrdə türk xalqlarının mədəniyyəti” problemini tədqiq edir.
  • Hal-hazırda “Türk xalqları tarixinin aktual problemləri” istiqamətində “Sovet rejımı tərəfindən XX əsrin 40-ci illərində türk xalqlarının deportasiyası” problemini tədqiq edir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Qaziyev Məmməd Əmin Adil oğlu (90 illik yubileyinə həsr olunur) // Tarix və onun problemləri, 2005, №2.
  • XX əsrin birinci yarısında Orta Asiyanin türk xalqlarında ədəbiyyatın inkişafı // Tarix və onun problemləri, 2006, №4.
  • Türk xalqları Böyük Vətən müharibəsi illərində // Tarix və onun problemləri, 2007, №3.
  • Krım tatarları Azərbaycanda // Tarix və onun problemləri, 2007, №3 (əlavə).
  • XX əsrdə özbək və türkmən xalqlarının incəsənəti // Tarix və onun problemləri, 2008, №1-2.
  • XX əsrdə Volqaboyu və Sibirin türk xalqlarının incəsənəti // Tarix və onun problemləri, 2008, №4.
  • "Türk xalqları tarixi (müasir dövr)" fənninin proqramı. Баку, 1998.
  • Kafedra əməkdaşları tərəfindən Tarix fakültəsində tədris üçün hazırlanmış və 2004-cü ildə nəşr olunmuş "Türk xalqları tarıxi (qədim dövrlərdən müasir dövrə qədər)" vahid proqramın "Müasir dövr (1917-2004)" bölməsini rus dilinə tərcümə edib.

 

Bookmark and Share