ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

TÜRK XALQLARI TARİXİ KAFEDRASI

Kafedranın təqdimat videosu

Əlaqə:

  • Telefon: (+994 12) 539 08 56
  • E-mail: txt_kaf@bsu.edu.az
  • Facebook: https://www.facebook.com/profile.php?id=100011744909499&fref=ts
  • https://www.facebook.com/Türk-Dünyası-Gənc-Tədqiqatçılar-Dərnəyi-BDU-1671512313066252/

ÜMUMI MƏLUMAT

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkə həyatının digər sahələrində olduğu kimi, təhsil sisteminin də inkişaf etdirilərək dünya standartlarına uyğunlaşdırılması, ictimai və humanitar elmlərin tədrisinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi prosesinə başlanıldı. 1992-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin strukturunda müəyyən dəyişikliklər edildi, yeni kafedralar yaradıldı. Bu kafedralardan biri "Türk və Qafqaz xalqlari tarixi" kafedrası oldu. Keçmiş Sovetlər Birliyində nə turk xalqlarının, nə də Qafqaz xalqlarının tarixi müstəqil fənn kimi tədris olunmur, bu xalqların tarixi ilə bağlı məsələlər əsasən Rusiya tarixinə üstünlük verilən SSRİ tarixi fənni çərçivəsində tədris olunurdu. Bu baxımdan, yeni yaranmış şəraitdə türk və Qafqaz xalqlarının tarixinin müstəqil fənn olaraq tədrisinin zəruri olduğu hesab edildi. "Türk və Qafqaz xalqlari tarixi" kafedrası "SSRİ tarixi (sovet dövrü)" kafedrasının əsasında təşkil olundu. Kafedraya 1992-1994-cü illərdə tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Aslan Atakişiyev; 1994-1999-cu illərdə tarix elmləri doktoru, professor Tahir Baxşəliyev rəhbərlik etdilər. 1999-cu ildən kafedraya tarix elmləri doktoru, professor, "Sara Xatun" mükafatı laureatı Əsməd Muxtarova rəhbərlik edir. 2012-ci ildə rektorluğun növbəti əmri ilə “Türk və Qafqaz xalqları tarixi” kafedrasının əsasında 2 müstəqil kafedra – “Türk xalqları tarixi” və “Qafqaz xalqları tarixi” kafedraları yaradılıb. Hazırda “Türk xalqları tarixi” kafedrasında 7 müəllim ştatda, 5 müəllim saathesabı qaydada fəaliyyət göstərir. Kafedraya tarix emləri doktoru, professor Əsməd Muxtarova rəhbərlik edir.


KAFEDRANIN  ELMI-PEDAQOJİ TƏRKİBİ

Ştatda olan müəllimlər

Saathesabı müəllimlər

  • Mahmudova Təranə Ələddin  q.- filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
  • Ağayeva Xatirə Ağaismayıl q. - tarix elmləri üzrə fəlsəfə doktoru
  • Salmanova Nailə Vaqif q.  - tarix elmləri üzrə fəlsəfə doktoru
  • Quliyeva Səidə Zakir q. - tarix elmləri üzrə fəlsəfə doktoru
  • Əlisgəndərli Cavid Sabir o. -  “Beynəlxalq münasibətlər” üzrə magistr
Bookmark and Share