ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

TARİX FAKÜLTƏSİ

1919-cu ilin oktyabrında təsis edilən Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhurriyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsi Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz rol oynamışdır.

Fakültə fəaliyyət göstərdiyi 90 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar altında (İçtimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmiş, nəhayət 1934-cü ildə müstəqil fakültəyə çevrilmişdir. Bu müddət ərzində Tarix fakültəsi yüksək ixtisaslı tarixçi kadrlar hazırlayan nüfüzlü tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və təhsilin inkişafına güclü təkan vermişdir.

Fəaliyyət göstərdiyi 90 il ərzində Tarix fakültəsində Respublikanın dövlət idarələri, elm və maarif sahələri üçün on minlərlə yüksək ixtisaslı tarixçi kadrlar hazırlanmışdır.

Azərbaycanın bir sıra görkəmli elm, mədəniyyət və dövlət xadimləri Tarix fakültəsinin yetirmələridir. Dahi dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Tarix fakültəsinin məzunudur.

Heydər Əliyev Bakı Dövlət Univetsitetinin məzunu olması ilə fəxr etdiyini dəfələrlə bildirmişdir: "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam".


Tədris ixtisasları:

Bakalavr pilləsi üzrə:

Tarix istiqaməti

  • Tarix
  • Tarix müəllimi


Antropoloq istiqaməti

  • Antropoloq


Regionşünaslıq istiqaməti

  • Regionşünaslıq-Qafqazşünaslıq
  • Regionşünaslıq-Amerikaşünaslıq

Magistr pilləsi üzrə

Tarix istiqaməti

  • HSM 070001 Azərbaycanın qədim və orta əsrlər tarixi
  • HSM 070002 AsiyaAfrikaölkələritarixi
  • HSM 070004 Qədimdünyatarixi
  • HSM 070005 ArxeologiyaEtnoqrafiya
  • HSM 070006 Etnologiya
  • HSM 070007 Tarixintədrisimetodologiyasımetodikası
  • HSM 070008 AvropaAmerikanınyeniənyenitarixi
  • HSM 070009 Beynəlxalqəlaqələrintarixinəzəriyyəsi
  • HSM 070010 Türkdünyasıtarixi
  • HSM 070011 YaxınOrtaŞərqintarixi
  • HSM 070012 Ortaəsrlərtarixi
  • HSM 070013 Azərbaycanınyeniənyenitarixi
  • HSM 070014 Azərbaycantarixininmənbəşünaslığıtarixşünaslığı
  • HSM 070015 ŞərqiAvropaxalqlarıtarixi

 

Muzeyşünaslıq istiqaməti

  • HSM 080001 Muzeyşünaslıq

 

Regionşünaslıq istiqaməti

  • HSM 120001 Regionşünaslıq (Qafqazşünaslıq)
  • HSM 120101 Regionşünaslıq (Amerikaşünaslıq)

 


Elmi tədqiqat istiqamətləri:

  • Dünya azərbaycanlıları: tarixi-demoqrafik tədqiqat
  • XX əsrdə Azərbaycanın şimal-qərbində əhali problemləri (tarixi-demoqrafik tədqiqat)
  • Mədəniyyət tarixi
  • Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
  • Beynəlxalq münasibətlər tarixi
  • Azərbaycan tarixinin tarixşünaslığının və mənbəşünaslığının inkişaf istiqamətləri
  • Müasir Azərbaycan Respublikasının tarixi coğrafiyası, tarixi-demoqrafiyası və toponimikası
  • Azərbaycan arxeologiyası
  • Azərbaycanın qədim və orta əsrlər tarixinin başlığa problemləri
  • Qədim Azərbaycanın Şərq ölkələri və Antik dünya ilə əlaqələri
  • Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu
  • Asiya və Avropa ölkələri tarixi
  • Slavyan ölkələri tarixi
  • Rusiya tarixi
  • XIX-XXI əsrlər Azərbaycan tarixi
  • Türk xalqları tarixi
  • Qafqaz xalqları tarixi
Bookmark and Share