ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

TARİEL ABBASOV

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

QISA BİOQRAFİK MƏLUMAT

  • 1970-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olmuşdur.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunmuşdur.
  • 1991-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakixanov adına Tarix İnstitutunun nəzdindəki 07.00.02 “Vətən tarixi” ixtisası üzrə Dissertasiya Şurasında “XX əsrin 90-ci illərində Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə münasibətləri ” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün namizədlik dissertasiya işini müdafiə etmişdir.
  • 2015-ci ildə BDU-nun Maqistratura və Doktorantura şöbəsinə qiyabi doktorant kimi daxil olmuş, “XX əsrin sonu - XXI əsrin əvvəllərində ABŞ-ın Yaxın və Orta Şərq siyasəti” adlı doktorluq dissertasiya işi üzrə tədqiqatlarını tamamlamaq mərhələsindədir.

ƏMƏK FƏALİYYƏTİ 

  • Bakı şəhəri Yasamal rayonunun 20 saylı orta məktəbinə tarix müəllimi vəzifəsinə təyin olunmuşdur.
  • 1992-ci ilin yanvar ayında Qərb Universitetinin hazırlıq fakültəsinə, daha sonra “Politologiya” kafedrasının baş müəllimi və “İşgüzar inzibatçılıq” fakültəsinin dekan müavini vəzifəsinə təyin olunmuşdur. Universitetinin Mədəni-İdman Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
  • 1994-çü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunmuşdur. Hərbi xidmət zamanı “Qüsursuz xidmətə” görə medalları ilə təltif olunmuşdur. 2009-cu ildə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının Veteranlar Birliyinin üzvüdür.
  • 2012-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsiinin “Avropa və America ölkələrinin yeni və müasir tarixi” kafedrasına 0,5 ştat baş müəlləm vəzifəsinə qəbul olunmuş
  • 2014-cü ildə isə həmin kafedrada tam ştat baş müəllim vəzifəsinə kecirilmişdir. Hal-hazırda həmin kafedrada dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
  • 2018-ci ildən Tarix fakültəsinin Elmi Şuranın üzvüdür.

TƏDRİS ETDİYİ FƏNLƏR

  • bakalavr pilləsində “Amerikaşünaslığa giriş”, “ABŞ-ın Cənubi Qafqaz siyasəti”, “ABŞ-ın siyasi sistemi və xarici siyasəti”, " Amerika tarixi - II"  fənnlər
  • Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində” “Avropa və America ölkələrinin müasir tarixi” fənni
  • maqistr pilləsində isə “ABŞ-ın Yaxın Şərq siyasəti” fənni
  • elmi-pedaqoji fəaliyyəti dövründə 50-dən çox elmi məqalənin, 5 fənn proqramının, 2 dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifidir.

 

Bookmark and Share