ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SUMBATZADƏ ƏLİSÖHBƏT SUMBAT OĞLU (1907–1992) Tarixçi

1926-cı ildə Bakı müəllimlər seminariyasını bitirmişdir. 1926-1930-cu illərdə ADU Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır. 1926-1957-ci illərdə ali məktəblərdə, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunda işləmişdir. Ə.Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1954-cü ildə professor elmi adı almışdır. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə həqiqi üzvü seçilmişdir. Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse pre­zidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan SSR EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. Əsasən XIX–XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Ə.S.Sumbatzadə 3 cildlik «Azərbaycan tarixi», «SSRİ tarixi», «Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı», «Sovet tarix elmi 1975–1979-cu illərdə», «Azərbaycan xalqının etnogenezi» və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur. Akademik Ə.Sumbatzadə ADU-nun Tarix fakültəsində mühazirələr aparmış, elmi kadrların hazırlanmasında və ADU-nun Ümumi tarix kafedrasının təşəkkülündə böyük xidmətləri olmuşdur. SSRİ ərazisində kapitalizmin yaranması üzrə problem komissiyalarının, elm və texnika sahəsində Lenin mükafatları komitəsi Tarix bölməsinin, 12 cildlik «SSRİ tarixi»nin baş redaksiya heyətinin, ACE Elmi redaksiya şurasının üzvü olmuşdur. İttifaq, beynəlxalq simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. AKP-nin XXII qurultayında MK üzvlüyünə namizəd seçilmişdir. 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırışı) deputatı və Rəyasət Heyətinin üzvü olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuş, Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Bookmark and Share