ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SOFİYEV MƏHƏD MAHMUD OĞLU (1932-2013) Tarixçi

1932-ci ildə anadan olmuşdur. 1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan “Şərqin şəfəqi” qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Marneuli rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961-1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır. Həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin keçmiş və bugünkü vəziyyəti ilə bağlı problemlərin tədqiqi də elmi araşdırmalarında mühüm yer tutur. Bir neçə tarix elmləri namizədi hazırlamışdır. 60-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Bookmark and Share