ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İSMAYILZADƏ QÜDRƏT SEYFULLA OĞLU (1939) Arxeoloq

24 oktyabr 1934-cü ildə anadan olmuşdur. 1952-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1957-ci ildə universitet təhsilini başa vurduqdan sonra Yardımlı rayonunda müəllim iş­ləmişdir. 1959-cu ildə AEA-nın Arxeologiya şö­bə­sinə işə dəvət olunmuşdur. 1960-1963-cü illərdə aspiranturada təhsil almışdır. 1964-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-1977-ci illərdə AEA-nın Arxeologiya və Etnoqrafiya sekto­runda kiçik, daha sonra isə baş elmi işçi vəzifəsində işləmiş, 1977-ci ildə BDU-da baş müəllim, 1978-ci ildə dosent və 1984-cü ildə professor olmuşdur. 1959-1960-cı illərdə Azərbaycan SSR və SSRİ Elmlər Akademiyasının birgə ekspedisiyası tərkibində Örənqala və Üçtəpə qazıntılarında fəaliyyət göstərmişdir. 1964-cü ildə Daş dövrünün nadir abidəsi olan Azıx mağarasının qazıntılarında iştirak etmişdir. 1960-70-ci illərdə Kiçik Qafqazın Cənub-Şərq ətəklərini əhatə edən Quruçay və Köndələnçay vadisində qədim əkinçilik mədəniyyəti ilə bağlı olan bir sıra arxeoloji kompleksləri aşkar etmiş, Kəlbəcər bölgəsində qədim qayaüstü təsvirlərin yeni silsiləsini qeydə almışdır. 250-dən artıq elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, proqram və metodik göstərişlərin müəllifidir. “Azərbaycan Arxeologiyası” jurnalının baş redaktoru olmuşdur. Bakı, Aşqabad, Bişkek, Tbilisi, Berlin, Saar-Brüke, Ankara, İzmir, Van, Təbriz, Tehran, Moskva, Alma-atı, Astana və digər şəhərlərdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda fəal iştirak etmişdir. Altuntəpə, Troya və Boğazköy qazıntılarında iştirak etmişdir, 1990-1991-ci illərdə Almaniya Federativ Respublikası Tubingen Universitetinin dəvəti ilə orada Azərbaycanın qədim maddi mədəniyyət abidələri haqqında mühazirələr oxumuşdur. Beynəlxalq Arxeoloqlar Assosiasiyasının, Türkmənistan Respublikasının Prezidenti yanında Qədim Şərqin mədəni irsini öyrənən Beynəlxalq Elmi Şuranın, Türkmənistan Prezidentinin təsis etdiyi “Miras” jurnalının Beynəlxalq Redaksiya Heyətinin, Beynəlxalq əl xalçaları Assosiasiyasının, Qırğızıstan Respublikasının Prezidenti yanında Beynəlxalq Humanitar elmlər Assosiasiyasının, eləcə də Azərbaycanşünaslıq Müstəqil Birliyinin Elmi Şurasının üzvü olmuşdur. 2001-ci ildə Sankt-Peterburqda Rusiya Arxeoloji Cəmiyyəti Şərq bölməsinin Azərbaycan bürosuna sədr seçilmişdir. Rəhbərliyi ilə 20-yə yaxın magistr, 30-dan artıq elmlər namizədi və elmlər doktoru dissertasiyaları müdafiə olunmuşdur.

Bookmark and Share