ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İSMAYILOV ELDAR RAFİQ OĞLU (1950-2014) Tarixçi

30 mart 1950-ci ildə anadan olmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1976-cı illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin aspirantı olmuşdur. 1977-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə professor elmi adına layiq görülmüşdür. 1977-1980-ci illərdə Bakı Dövlət Universitetinin Tədris hissəsinin rəisi, 1980-1983-cü illərdə SSRİ tarixi (Sovet dövrü) kafedrasının baş müəllimi və 1983-1991-ci illərdə dosenti, 1990-1994-cü illərdə Tarix fakültəsinin dekanı, 1996-1999-cu illərdə Azərbaycan tarixinin mənbəşünaslığı, tarixşünaslığı və metodika kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1999-cu ildən ömrünün sonuna qədər Slavyan ölkələri tarixi kafedrasının professoru vəzifəsində çalışmışdır. Bir çox dərsliklər və monoqrafiyaların, o cümlədən 100-dən artıq elmi və elmi-publisistik məqalələrin müəllifi olmuşdur.

Bookmark and Share