ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SÜLEYMANOVA SEVDA YUNİS QIZI (1954) Tarixçi

26 yanvar 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq orta məktəbdə tarix müəlliməsi işləmişdir. 1980-cı ildən BDU-da laborant, 1986-cı ildən müəllim, 1997-ci ildən dosent vəzifələrində çalışmışdır. 1984-cü ildən Sov.İKP tarixi kafedrasının dissertantı olmuş, 1990-cı ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə professor elmi adı almışdır. 2014-cü ilin fevral ayından BDU-nun Tarix fakültəsinin dekan müavinidir. 2003-cü ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “XXI əsrin tanınmış xanımı” 2006-cı ildə isə “XXI əsr Azərbaycan ziyalıları” Beynəlxalq diplomları ilə təltif olunub. 2007-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” Media Mükafatı laureatı diplomuna layiq görülüb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100-dən çox elmi məqalənin, 2 monoqrafiya (biri Almaniyada “LAP-Lambert” nəşriyyatı tərəfindən nəşr olunub), bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün 4 fənn proqramının, 3 dərs vəsaiti, ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün “ Ən yeni tarix” və ali məktəblər üçün “Siyasi tarix”, “Azərbaycan tarixi” dərsliklərinin həmmüəllifidir. Tarix fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının Elmi katibidir.

Bookmark and Share