ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SÜLEYMANOV RAFAEL CƏFƏR OĞLU (1940-2014) Tarixçi

25 yanvar 1940-cı ildə anadan olmuşdur. 1957-ci ildə əmək fəaliyyətinə başlamış, 1968-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra universitetdə saxlanılmışdır. 1969-1972-ci illərdə Tarix fakültəsinin SSRİ tarixi kafedrasında laborant və baş laborant, müəllim, baş müəllim, 1973-1977-ci illərdə Tarix fakültəsinin Axşam və qiyabi şöbələri üzrə dekan müavini vəzifələrində işləmişdir. 10 ildən artıq fakültə Elmi Şurasının katibi olmuşdur. 1975-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə SSRİ tarixi (Sovet dövrü) kafedrasında dosent vəzifəsini tutmuşdur. 1993-cü ildə Şərqi Avropa xalqları tarixi kafedrasında (hazırda Slavyan ölkələri tarixi) professor vəzifəsini tutmuşdur. 2001-ci ilin yanvarından 2014-cü ilin fevral ayının 24-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifəsində işləmişdir. Tarix fakültəsi Elmi Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının Tarix bölməsinin üzvü, “Tarix və onun problemləri” jurnalının elmi katibi olmuşdur. 60-dan çox elmi məqalənin, bakalavr və magistratura kursu üçün proqramların, metodik vəsait və metodik tövsiyələrin, dərsliklərin və monoqrafiyaların müəllifi olmuşdur. SSRİ Ali və Orta İxtisas Nazirliyinin, Azərbaycan LKMGİ MK-nın, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Bookmark and Share