ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İsgəndərov Anar

İSGƏNDƏROV ANAR CAMAL oğlu

Tarix elmləri doktoru, professor. Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri.
Tel:(+99412) 505-51-55
E-mail: anarisgandar@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

  • 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur.
  • 1973 1978-ci illərdə BDU-nun tarix fakültəsini  bitirmişdir.
  • 1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1978-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir.
  • 1989-cu ildə «Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 2004-cü ildə «Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 2004-cü ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı almışdır.
  • A.İsgəndərov Respublikada və Respublikadan kənarda 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərdən biri kimi tanınır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1978-1981-ci illərdə Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləmişdir.
  • 1982-ci ilin yanvarından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Fəlsəfə" kafedrasında kabinet müdiri vəzifəsində çalışmış, eyni zamanda, həmin İnstitutun "Kimya texnologiyası" fakültəsinin azad komsomol təşkilat katibi seçilmişdir.
  • 1984-cü ilin martından Bakı Dövlət Universitetinin tarix fakültəsinin «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışmağa başlamışdır.
  • 1989-1999-cu illərdə tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
  • 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
  • A.İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya şurasının üzvüdür.

TƏDQİQAT SAHƏSİ

  • "1918-ci il Mart qırğınının tarixşünaslığı"


BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Anar İsgəndərov ilk dəfə olaraq 90 il ərzində 1918-ci ilin mart soyqırımı ilə bağlı yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların elmi təhlilini vermişdir.
  • A.C.İsgəndərov dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr etmişdir.
  • 1998-ci ildə Anka¬rada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı.
  • 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı", 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
  • 2016-cı il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə III dərəcəli "Vətən xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

SEÇİLMİŞ ƏSƏRLƏR

  • 2004-cü ilin aprelində "Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 1997-ci ildə nəşr olunan "1918-ci il Mart qırğınının tarixşünaslığı" adlı monoqrafiyası vətən tarixinin böyük bir uğuru kimi qəbul olunmuşdur.
  • 2003-cü ildə A.İsgəndərovun geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Azərbaycan Xalq Cümhuriyyəti" adlı monoqrafiyası nəşr olunmuşdur.
  • 2003-cü "Azərbaycan Xalq Cümhuriyyəti" biblioqrafiya əsəri də işıq üzü görmüşdür.
  • 2006-cı ildə A.İsgəndərovun "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)" adlı fundamental əsəri nəşr olunmuşdur
  • A.İsgəndərovun 2009-cu ildə Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan "Təzəpirin tarixi" kitabı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
  • A.İsgəndərovun 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində "Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" adlı yaddaş kitabçası nəşr olunmuşdur.
  • A.İsgəndərov 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəl¬man əhalisinə qarşı həyata keçirilən soyqırımlara həsr olunan maraqlı tədqiqat işini başa çatdırmış, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində"Realites of Azerbaijan: 1917-1920" adı altında nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. "Realites of Azerbaijan: 1917-1920" əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunmuşdur.
  • Əhməd Bəy Ağaoğlunun Aşığı. Tarix və Onun Problemi, N 3, 2016 səh 374-376
  • A.İsgəndərov bu illər ərzində 6 monoqrafiyası, 5 dərs vəsaiti, 15 proqramı, 300-dən çox elmi məqaləsi nəşr olunmuşdur.
  • Историческая Демография. dərs vəsait, rus dilində, həmmmüəllif. Bakı, 2017
Bookmark and Share