ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SƏFƏROV YUSİF HƏBİBULLA OĞLU (1921-2002) Tarixçi

1921-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuşdur. O, 1941-ci ildə təhsilini yarımçıq qoyub faşist Almaniyasına qarşı vuruşan Qızıl Ordu sıralarına getmiş və 1947-ci ilə qədər ordu sıralarında olmuşdur. Onun Qafqazdan başlanan döyüş yolu 1945-ci ildə Berlinin alınması uğrunda döyüşlərlə başa çatmışdır. 1947-ci ildə Sovet ordusu sıralarından müharibə əlili kimi təxris olunduqdan sonra Bakıya qayıdıb Tarix fakültəsində təhsilini davam etdirmişdir. 1951-ci ildə ADU-nun Tarix fakültəsini bitirmiş və aspiranturada saxlanıl­mış, təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə məqsədli aspirant kimi göndərilmişdir. 1954-cü ildə MDU-da aspiranturanı bitirib, tarix elmləri namizədi kimi Bakıya qayıtmış və 1954-cü ildən Tarix fakültəsinin dosenti, SSRİ tarixi kafedrasının müdiri, Mən­bəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulları kafedrasının professoru vəzifələrində çalışmışdır. Prof. Y.H.Səfərov Tarix fakültəsində çalışdığı dövrdə Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığının müstəqil fənn kimi tədrisinin və tədqiqinin əsasını qoymuşdur. O, Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin müəllifi olmuşdur. 50 ilə yaxın müəllimlik fəaliyyəti dövründə 100-dən çox elmi monoqrafiya və məqalələrin, metodik və dərs vəsaitlərinin, proqramların müəllifi olmuşdur. O, uzun müddət Azərbaycan Elmlər Akademiyasının Terminologiya ko­missiyasının üzvü olmuşdur. Elmi və pedaqoji fəaliyyətində əldə etdiyi nai­liy­yətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. “Qafqazın müdafiəsi”, “Qırmızı ulduz”, “Varşavanın azad edilməsi”, “Qırmızı bayraq” və “Böyük Vətən müharibəsi (I-II dərəcəli)” orden və medalları, SSRİ Ali Baş Komandanlığının fəxri fərmanı ilə təltif olunmuşdur.

Bookmark and Share