Rafiq Oruc oğlu Qurbanov
Rafiq Oruc oğlu Qurbanov
Tarix elmləri namizədi, dosent
Telefon:+(994)12 439-08-56
QISA BİOQRAFİK MƏLUMAT
- 1941-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olub
- Əlvənd kənd orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1965-1969-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb
- 1973-1976-cı illərdə "SSRİ tarixi" kafedrasının dissertantı olmuşdur.
- 1980-ci ildə "Azərbaycanda xalq maarifinin inkişafı (1962-1970-ci illər, ümumi orta təhsilə keçid)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1970-1972 - Zərdab rayonu Əlvənd kənd orta məktəbində tarix müəllimi işləmişdir.
- 1972 - Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində baş laborant olmuşdur.
- 1973-1976 - "SSRİ tarixi" kafedrasında dissertant olmuşdur.
- 1974 - bu günə qədər - "SSRİ tarixi" kafedrada (1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi" kafedrası) müəllim, baş müəllim və dosent işləyir.
- Hazırda Tarix fakültəsində tarix və Regionşünaslıq - Qafqazşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə "Qafqaz tarixi", Regionşünaslıq - Qafqazşünaslıq ixtisası tələbələrinə "Gürcüstan tarixi" və "Dağıstan tarixi" fənlərini tədris edir.
- 17 məqalənin, 1 dərsliyin, 1 dərs vəsaitinin və 2 proqramın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- Elmin, texnikanın və qabaqcıl təcrübənin Azərbaycan neft sənayesinin inkişafında yeri (1960-1985-ci illər).
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Azərbaycan neft sənayesinin vəziyyəti və onu inkişaf etdirmək yolları (XX əsrin 60-70-ci illəri) // Tarix və onun problemləri. Bakı, 2006, №1, s.99-103
- Azərbaycan neft sənayesinin inkişafı (XX əsrin 70-ci illəri) // Tarix və onun problemləri. Bakı, 2006, №2, s.110-115
- Azərbaycan neft sənayesində texniki tərəqqi (XX əsrin 70-ci illəri) // Tarix və onun problemləri. Bakı, 2006, №3, s.146-150
- XX əsrin 60-70-ci illərində Azərbaycan neft sənayesində səmərə və keyfiyyət göstəriciləri // Tarix və onun problemləri. Bakı, 2006, №4, s.172-177
- Neft sənayesi tarixindən (XX əsrin 80-ci illərinin I yarısı) // Bakı Universiteti Xəbərləri (humanitar elmlər). Bakı, 2006, №3, s.114-12
- XX əsrin 70-ci illərində Azərbaycan neft sənayesində ixtira və səmərəlilik // Bakı Universiteti Xəbərləri (humanitar elmlər). Bakı, 2006, №4, s.81-87
- XX əsrin 60-cı illərinin I yarısında Respublikanın neft maşınqayırma sənayesində səmərələşdirmə və ixtiraçılıq // İctimai-siyasi, elmi jurnal "Qanun". Bakı, 2007, №02/154
- Azərbaycan neft sənayesində elmi yeniliklər (XX əsrin 80-ci illərinin I yarısı) // Bakı Universiteti Xəbərləri. Bakı, 2007, №3, s.99-104
- XX əsrin 60-cı illərində Respublikanın neft sənayesində ixtira və səmərəlilik // Azərbaycan Dövlət Pedaqoji Universitet Xəbərləri (humanitar elmlər). Bakı, 2007, №3, s.77-83
- XX əsrin 70-ci illərində Azərbaycan neft sənayesində istehsalın səmərəliyini yüksəltmək uğrunda mübarizə // Azərbaycan MEA-nın Xəbərləri (tarix, fəlsəfə, hüquq). Bakı, 2007, №8, s.128-138
- XX əsrin 60-70-ci illərində Azərbaycan neft sənayesində elmi-texniki yeniliklərin istehsalata tətbiqində fəhlə sinfinin iştirakı // Tarix və onun problemləri. Bakı, 2007, №1, s.153-159
- XX əsrin 70-ci illərinin I yarısında Azərbaycan neft sənayesində ixtira və səmərələşdirici təkliflərin əhəmiyyəti // Tarix və onun problemləri. Bakı, 2007, №2, s.127-133
- XX əsrin 80-ci illərində Azərbaycan neft sənayesində iqtisadi səmərəliliyin inkişaf yolları // Tarix və onun problemləri. Bakı, 2007, №3, s.167-174
- XX əsrin 70-80-ci illərində Azərbaycan neft sənayesində ixtira və səmərələşdirici təkliflər // Tarix və onun problemləri. Bakı, 2007, №4, s.179-185
- XX əsrin 60-cı illərində Respublika neft maşınqayırma sənayesində səmərələşdirmə və ixtiraçılıq tədbirləri // Tarix və onun problemləri. Bakı, 2008, №1-2, s.154-160
- Ötən əsrin 60-cı illərində Azərbaycan neft sənayesində elmin inkişafı // Dirçəliş-XXI əsr. Bakı, 2008, №124-125, s.335-342
- Neft sənayesində istehsalın səmərəliliyin yüksəldilməsində qabaqcıl təcrübənin rolu (XX əsrin 60-cı illəri) // Pedaqoji Universitet Xəbərləri (humanitar elmlər).Bakı, 2008, №3, s.73-81
- Neft sənayesində qabaqcıl təcrübənin yayılması (XX əsrin 60-70-ci illəri) // Azərbaycan MEA-nın Xəbərləri (tarix, fəlsəfə, hüquq). Bakı, 2008, №10
- Azərbaycan neft sənayesində əməyin elmi təşkili və onun sosial nəticələri (XX əsrin 60-cı illəri). Tarix və onun problemləri. №4. 2015, s.156-161
- Azərbaycan neft sənayesinin inkişafı və qarşıya çıxan nöqsanların aradan qaldırılması. AMEA-Xəbərlər. Tarix, Fəsəfə, Hüquq, № 1-2/2016., s.96-103
- XX əsrin 60-70-ci illərində Azərbaycan neft sənayesində elmi-texniki yeniliklərin istehsalata tətbiqi. N1,Tarix və onun problemləri. Bakı. 2017
KITABLAR
- Dağıstan tarixi. Bakı, 2007. - Dərs vəsaiti.
- Dağıstan tarixi. Bakı, 2007. - Proqram.
- XVIII-XIX əsrlərdə çarizmin Qafqazda yeritdiyi müstəmləkə siyasətinə qarşı xalqın azadlıq mübarizəsi. Bakı, 2007. - Magistraturada tədris üçün proqram.
- Qafqaz tarixi. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2007