ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

QULİYEV ƏLİÖVSƏT NƏCƏFQULU OĞLU (1922-1993) Tarixçi

1939-cu ildə ADU-nun Tarix fakültəsinə daxil olmuşdur. 1942-ci ildə ADU-nun SSRİ tarixi kafedrası tələbə Ə.Quliyevi universitetin Filologiya fakültəsinə tarix müəllimliyinə tövsiyə etmişdir. Həmin vaxtdan Ə.Quliyev fakültənin Həmkarlar İttifaqı komitəsinin sədri seçilir. Ə.Quliyev 1943-cü ildə ADU-nun Həmkarlar komitəsinin sədri seçilmişdir. 1944-cü ildə Ə.Quliyev ADU-nu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan tarixi kafedrasında müəllim kimi saxlanılmış və Azərbaycan tarixi üzrə aspiranturaya daxil olmuşdur. 1944-1945-ci illərdə ADU-nun Azərbaycan tarixi, SSRİ tarixi kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1948 və 1950-1952-ci illərdə Tarix fakültəsinin dekanı olmuşdur. Ə.Quliyev 1952-1958-ci illərdə Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, 1958-1965-ci illərdə baş elmi işçi, 1965-1967-ci illərdə Azərbaycanın yeni dövr tarixi şöbəsinin müdiri, 1967-1969-cu illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru vəzifələrində iş­lə­mişdir. Ə.Quliyev 1961-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1962-ci ildə professor elmi adı almış, 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Ə.Quliyev görkəmli Azərbaycan tarixçisi və elm təşkilatçısı olmuşdur. O, Azərbaycan tarixinin fundamental əsasını qoymuş, Azərbaycan tarixşünaslıq məktəbini yaratmış, Azərbaycan tarix elminin bey­nəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1958-1963-cü illərdə ilk monumental üçcildlik «Azər­baycan tarixi» hazırlanmışdır. Ə.Quliyevin əsərləri başlıca olaraq Azərbaycanın sosial-iqtisadi tarixinə həsr olunmuşdur. Qırmızı Əmək bayrağı ordeni və medallarla təltif edilmişdir.

Bookmark and Share