ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

QƏNDİLOV SEYFƏDDİN MİRTAĞI OĞLU (1930-2010) Tarixçi

1930-cu ildə anadan olmuş, 1953-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə aspiranturanı bitirdikdən sonra universitetdə assistent kimi fəaliyyətə başlamışdır. 1958-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə isə professor elmi adı almışdır. 1959-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda, 1962-1966-cı il­lərdə Bakı Dövlət Universitetində dosent, 1966-1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri, 1971-1998-ci illərdə Bakı Dövlət Universitetində professor və Siyasi tarix (təbiət) kafedrasının müdiri, 1999-2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru vəzifələrində çalışmışdır. Tədqiqatlarının nəticələri 200-ə qədər elmi əsərdə, bir neçə monoqrafiya və dərslikdə əks olunmuşdur. Alimin rəhbərliyi ilə 5 doktorluq, 30-dək namizədlik dissertasiyası müdafiə edilmişdir. 1989-cu ildən respublikanın ali məktəblərində tədris olunan “Siyasi tarix” fənninin ilk geniş işçi proqramı və ilk dərsliyinin hazırlanması da məhz onun adı ilə bağlıdır. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü olmuşdur. “Əməkdar elm xadimi” və “Əməkdar təbliğatçı” fəxri adlarına layiq görülmüşdür. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.

Bookmark and Share