Paşayeva Ulduz Miri qızı

«Dünya azərbaycanlıları:tarixi-demoqrafiya» ETL-də böyük elmi işçi
E-mail:star.miri@ mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
- 1959-cu il avqustun 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
- 1966-cı ildə 18 saylı Bakı şəhər orta məktəbinə daxil olmuş və 1976-cı ildə oranı əla qiymətlərlə bitirmişdir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1977-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuş və həmin fakültəni 1982-cı ildə kitabxanaçı-biblioqraf ixtisası üzrə bitirmişdir.
- 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüqüq fakültəsində 2-ci təhsil almış və hüquqşünas ixtisasına yiyələnmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır.
- 1980-ci ildən Bakı Dövlət Universitetinin elmi-tədqiqat hissəsində çalışmışdır.
- 1994-cü ildən isə BDU-nun Tarix fakültəsinin «Dünya azərbaycanlıları: tarixi-demoqrafiya» ETL-də əmək fəaliyyətini davam etdirmişdir.
- Hal-hazırda BDU-nun Tarix fakültəsinin «Dünya azərbaycanlıları: tarixi-demoqrafiya» ETL-də böyük elmi işçi vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
- "Dünya azərbaycanlıları: tarixi-demoqrafiya" ETL- də nəzərdə tutulan plan işi üzrə tədqiqat aparır və problemin tarixi-hüquqi aspektlərini tədqiq edir.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2003, 2004, 2009, 2015, 2017, 2018-ci illərdə “Dünya azərbaycanlıları: tarix və müasirlik” Elmi-nəzəri toplunun Redaksiya Heyətinin üzvu.
- 2016, 2017, 2018-ci illərdə keçirilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı elmi konfransların Təşkilat Komitəsinin üzvü.
- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində İlk Parlamentlı Respublika” adlı Beynəlxalq elmi konfransın Təşkilat Komitəsinin üzvü.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- 40-a yaxın məqalənin müəllifidir.