ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ORUCOV RUHULLA ABBASMİRZƏ OĞLU (1922-1998) Tarixçi

1 mart 1922-ci ildə anadan olmuşdur. 1938-ci ildə orta məktəbi bitirmiş, 1939-cu ildə K.Marks adına Xalq təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuşdur. 1940-cı ildə tələbə ikən ordu sıralarına çağırılmış və 1945-ci ildə ordudan tərxis olunduqdan sonra həmin ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kursuna bərpa edilmişdir. 1949-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirərək Hüquq fakültəsində müəllim saxlanılmış və eyni zamanda həmin fakültəyə dekan müavini təyin olunmuşdur. 1951-1953-cü illərdə Azərbaycan KP MK-da məsul vəzifələrdə işləmişdir. 1953-1957-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil almış, namizədlik dissertasiyası müdafiə edib tarix elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1957-1960-cı illərdə KP MK-da məsul işdə, həmçinin Bakı Ali Partiya məktəbində dosent vəzifəsində işləmişdir. 1960-cı ildə Bakı Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, 1970-ci ildən professoru və müdiri seçilmişdir. 50 ilə yaxın elmi-pedaqoji fəaliyyəti dövründə yeni, müasir və beynəlxalq münasibətlər tarixi sahəsində elmi məktəb yaratmışdır. 20 nəfər elmlər namizədi yetişdirmiş, 3 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. 225 çap vərəqi həcmində sanballı monoqrafiyaların, habelə bir çox elmi araşdırma, dərslik və tədris vəsaitlərinin müəllifi olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Bookmark and Share