1905-ci ildə anadan olmuşdur. 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmışdır. 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir. 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş, 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.