ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Novruzova Gülzar

Novruzova Gülzar Tofiq qızı

"Azərbaycan tarixi ( təbiət fakültələri üzrə)" kafedrası nəzdində fəaliyyət göstərən «Dünya azərbaycanlıları: tarixi- demoqrafiya" ETL-nin aparıcı elmi işçisi , tarix üzrə fəlsəfə doktoru.
Tel:(+99412) 499-40-61
E-mail:xanuma59@bk.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • Novruzova Gülzar Tofiq qızı 1959-cu il oktyabr ayının 1-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur
  • 1-ci sinfə 1966-cı ildə 133 saylı orta ümumtəhsil məktəbində getmişdir. 1976-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində (axşam şöbəsi) təhsil almışdır.
  • 2011-ci ildən tarix üzrə fəlsəfə doktoru
  • 2013-cü ildən aparıcı elmi işçi

ƏMƏK FƏALİYYƏTİ

  • G.T.Novruzova əmək fəaliyyətinə 1976-cı ildən başlamışdır.
  • 1976-cı ildən 1978-ci ilin aprelinə qədər Azərbaycan SSR Dəmiryolu idarəsinin klubunda kitabxanaçı işləmişdir.
  • 1978-ci ildən isə əmək fəaliyyəti də BDU ilə bağlanmış və əmək fəaliyyətini burada davam etdirmişdir.
  • 1978-ci ilin aprelindən 1979-cu ilə qədər BDU-nun Tarix fakültəsi qiyabi şöbəsinin dekanlığında katibə makinaçı,
  • 1979-cu ildən laborant, 1985-ci ildən isə «Mənbəşünaslıq, tarixşünaslıq və köməkçi tarix fənləri» kafedrasının baş laborantı vəzifələrində çalışmışdır.
  • 1990-cı ildə «Azərbaycanın tarixi demoqrafiyası» elmi tədqiqat laboratoriyasının elmi işçi vəzifəsinə müsabiqədən keçmişdir.
  • 1995-2001-ci illərdə «Azərbaycanın tarixi demoqrafiyası» elmi tədqiqat labora¬toriyasının elmi işçisi olmuşdur.
  • 2001-ci ildən isə «Azərbaycanşünaslıq» elmi tədqiqat mərkəzinin «Dünya azərbaycanlıları» bölməsinə keçirilmişdir.
  • 2013-cü ildən "Azərbaycan tarixi (təbiət fakültələri üzrə)" kafedrası nəzdində fəaliyyət göstərən " Dünya azərbaycanlıları: tarixi-demoqrafiya" ETL-də aparıcı elmi isçi (0,5 ştat vahidi) vəzifəsində çalışır.
  • Tarix fakültəsinin Elmi Şurasının üzvüdür.

TƏDQİQAT SAHƏSİ

  • 2002-ci ilin aprelində Tarix fakültəsi Elmi Şurası, 2003-cü il yanvar ayının 15-dən isə Azərbaycan Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun Əlaqələndirmə Şurası tərəfindən «Rusiya Federasiyasında Azərbaycan diasporu: tarixi demoqrafiya problemləri (1989-2002-ci illər)» mövzusu G.T.Novruzovanın namizədlik dissertasiyası mövzusu kimi təsdiq edilmişdir. 2006-cı ildə dissertasiya işi «Azərbaycanşünaslıq» ETM-i tərəfindən 2 dəfə müzakirə edilmiş və açıq müdafiəyə buraxılmışdır. 2006-cı ilin dekabr ayında dissertasiya AMEA Tarix İnstitutu nəzdindəki dissertasiya Şurasına təqdim edilmişdir.
  • 2010 -cu ildə "Rusiya Federasiyasında Azərbaycan diasporu: tarixi-demoqrafiya problemləri (1989-2002-ciillər)" mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş və 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi təsdiq edilmişdir
  • 25 elmi məqalənin müəllifidir. Onun 8 məqaləsi -  Rusiya Federasiyasında, Ukrayna, Gürcüstan  Respublikalarının, Türkiyə Respublikası və İngiltərənin "The European - Azerbaijan Society The Anglo - Azerbaijan Youth Society" nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Onun " Rusiya Federasiyasında Azərbaycan diasporu: tarixi - demoqrafik tədqiqat" və "Kim var kimı Rusiyanın Azərbaycan diasporasında" adlı iki monoqrafiyası çapa hazırlanır.
  • "Kim  kimdir Rusiyanın Azərbaycan diasporasında" Bakı. " Avropa" nəşriyyatı, 2017, 212 səh.
Bookmark and Share