ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Nisbət Mehdiyeva

Nisbət Canməmməd qızı Mehdiyeva

Tarix elmləri doktoru, professor
Tel:(+99412) 439-08-56

QISA BİOQRAFİK MƏLUMAT

  • 1937-ci ildə Şamaxı rayonunun Göylər kəndində qulluqçu ailəsində anadan olmuşdur.
  • 1955-ci ildə Göylər kənd orta məktəbini bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1960-cı ildə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.
  • «Azərbaycan Həmkarlar İttifaqlarının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921–1925-ci illər)» mövzusunda namizədlik dissertasiyasını 1968-ci ildə müdafiə etmişdir.
  • «Azərbaycan Yaradıcılıq İttifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960-1980-ci illər)» adlı doktorluq dissertasiyasını 1991-ci ildə müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi (1960-1963), Azərbaycan Dövlət Universiteti Sov.İKP tarixi kafedrasında əyani aspirant (1964-1967), Azərbaycan Dövlət Tibb İnstitutunda Sov.İKP tarixi kafedrasında baş müəllim (1967-1973), Azərbaycan Dövlət Universiteti SSRİ tarixi kafedrasında dosent əvəzi (1973-1975) və dosent (1975-1991), Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991-1994) və 1994-cü ildən bu günə kimi həmin kafedranın professorudur.
  • 1973-1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrası, 1991-ci ildən bu vaxta kimi Türk və Qafqaz xalqları tarixi kafedrasında çalışır.
  • «Türk xalqlarının tarixi. Yeni və müasir dövr» fənnindən (tarix, amerikaşünaslıq və regionşünaslıq ixtisaslarında bakalavr pilləsində) və «Mərkəzi Asiya və Qazaxıstan, Volqaboyu, Sibir və Krımda ictimai-siyasi vəziyyət (XIX-XX əsrin əvvəlləri)», «Türk xalqlarının mədəniyyəti (XIX-XX əsrin əvvəlləri)» problemləri üzrə (magistraturada) dərslər aparır.
  • 36 elmi məqalənin (1 müştərək) və 10 elmi konfransın materiallarında nəşr olunmuş işin, 1 monoqrafiya, 1 kitab, 9 dərsliyin – onlardan ali məktəblər üçün 1 dərslik, orta məktəblər üçün müştərək yazılmış 8 dərslik (birinci və yenidən işlənilmiş nəşrlərdə Azərbaycan və rus dillərində), 1 dərs vəsaiti, 1 metodik göstəriş və 7 proqramın (3 müştərək) müəllifidir.
  • 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi münasibətilə Xatirə medalı ilə təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Neft sənayesi, ictimai təşkilatlar, yaradıcılıq ittifaqları və cəmiyyətləri, mədəniyyət problemləri, türk xalqlarının tarixi.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Türk xalqlarının tarixi. Yeni dövr (XIX-XX əsrin əvvəlləri). Ali məktəblər üçün dərslik. B., Adiloğlu, 2003.
  • XIX əsrin ikinci yarısında Rusiyanın Türküstanın idarəetmə sistemində etdiyi dəyişikliklər // Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universiteti. Elmi əsərlər. VI buraxılış. B., TNPM, 2003.
  • XIX-XX əsrin əvvəllərində Türküstanda məktəb və mədrəsələr // Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universiteti. Elmi əsərlər.VI buraxılış.B., TNPM, 2003.
  • XIX əsrdə Türküstanda elmin inkişafı. Elmi-praktik konfransın materialları. B., MAU, 2003.
  • Türk xalqlarının tarixi. Ümumi kursun proqramı. B., Adiloğlu, 2004 (müştərək).
  • XIX əsrdə Mərkəzi Asiya və Qazaxıstan xalqlarının ədəbiyyatı. Elmi-praktik konfransın materialları. B., MAU, 2004.
  • Yeni tarix. 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (rus dilində). B., Çaşoğlu, 2004 (müştərək).
  • XIX əsrin birinci yarısında Kokand, Xivə və Buxara xanlıqlarının inzibati quruluşu. Pedaqoji tədqiqatlar (Elmi məqalələr məcmuəsi). B., ADPU, 2005.
  • XIX əsrdə Mərkəzi Asiya və Qazaxıstanda incəsənətin nailiyyətləri // Elmi-praktik konfransın materialları. B., MAU, 2005.
  • Yeni tarix. 9-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (yenidən işlənilmiş nəşri). B., Əlfərül, 2005 (müştərək).
  • Yeni tarix. 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (yenidən işlənilmiş nəşri). B., Çaşoğlu, 2005 (müştərək).
  • Yeni tarix. 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (yenidən işlənilmiş rus dilində olan nəşri). B., Çaşoğlu, 2005 (müştərək).
  • XIX əsrdə Türküstan xalqlarının mədəniyyəti. Birinci Türkoloji qurultay - 80. Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2006, № 2. B., BUN, 2006.
  • XX əsrin əvvəllərində Türküstanda maarif. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələrin məcmuəsi. III buraxılış. B., Mütərcim, 2006.
  • XIX əsrdə Tatarıstanda maarif. MAU. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 83-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransın materialları. B., Elm, 2006.
  • XIX əsrin ikinci yarısında Türküstanda elmi cəmiyyət və təşkilatlar // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2007, №3. B., ADPU, 2007.
  • XX əsrin əvvəllərində Türküstanda dövri mətbuat və mədəni-maarif müəssisələri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. II buraxılış. B., Mütərcim, 2007.
  • Yeni tarix. 9-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (yenidən işlənilmiş rus dilində olan nəşri). B., Əlfərül, 2007 (müştərək).
  • XX əsrin əvvəllərində Özbəkistanın mədəniyyəti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. I buraxılış.B., Mütərcim, 2008.
  • Yeni tarix. 9-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik (yenidən işlənilmiş rus dilində olan nəşri). B., Əlfərul, 2007 (müştərək).
  • Türkmənistan İncəsənəti ( XIX-XX əsrin əvvəlləri) Tarix və Onun Problemləri №1, 2017, s.18-22
Bookmark and Share