Nəbiyev Vasif Ağamövsüm

Nəbiyev Vasif Ağamövsüm
Tarix fakültəsinin tyutoru
Tel: (+994 12) 537 04 86
E-mail:vasif.nebiyev@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
- Nəbiyev Vasif Ağamövsüm oğlu 25 iyul 1988-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
- 1995-2006-cı illərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Elçin Qaranzadə adına 270-saylı orta məktəbdə təhsil almışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
- 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin Tarix ixtisasına qəbul olmuşdur.
- 2011-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın və Orta Şərqin tarixi ixtisasının magistr pilləsinə daxil olmuşdur.
- 2013-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək magist elmi dərəcəsi almışdır.
- 2015-ci 1 aprel Türk Xalqlar kafedrasının dissertant
ƏMƏK FƏALİYYƏTİ
- 2013-cü ilin dekabrın 2-dən Tarix fakültəsinin tyutoru vəzifəsində çalışır.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- “Katalikos Viro və Albaniya” // Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə elmi cəmiyyətinin 69-cu elmi konfransının materialları. Bakı.:ADPU mətbəəsi, 2009, s.103-108
- “Osmanlı sultanı II Əbdülhəmidin islam birliyi siyasəti” // Görkəmli Azərbaycan tarixçisi və şərqşünas alim, akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyi münasibəti ilə magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. Bakı.: AzTu-nun mətbəəsi, 2012, s.377-379
- “XIX əsrin sonu-XX əsrin əvvələrində Misirdə milliyyətçilik ideyasının formalaşmasında Rifa Rafi ət-Təhtəvinin yeri” // Umummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibəti ilə magistrantların və gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları. Bakı.:Baş Hesablama Mərkəzi Nəşriyyatı, 2013,s.395-397
- “Hicaz üsyanı” // Tarix və onun problemləri. Nəzəri,elmi, metodik jurnal. Bakı.: Adiloğlu nəşriyyat, 2013, s.93-99
- “2003-2015-ci illərdə Qazaxıstan və Azərbaycan siyasi əlaqələrinin möhkəmlənməsində rəsmi səfərlərin rolu” // Bakı Universitetinin xəbərləri, №4, 2016, səh 152-157.
- “Xəzər dənizinin statusu fonunda Türkmənistan-Azərbaycan əlaqələrində neft-qaz amili” // Tarix və onun problemləri, № 1, 2016, səh 191-195.