ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MUZEY

Arxeologiya və etnoqrafiya muzeyi

Arxeologiya və etnoqrafiya muzeyi M. Hüseynov adına Axeologiya və etnoqrafiya 1976 -ci ildə tələbələrin arxeologiya və etnoqrafiya sahəsində dünyagörüşünü genişləndirmək məqsədilə yaradılıb. Muzeydə Azərbaycanın bütün tarixi inkşaf mərhələləri maddi mədəniyyət nümunələri əsasında öz ərsini tapıb. Muzey 2 hissədən ibarətdir: Arxeologiya bölməsi : Burada Azıx mağarasından tapılan nadir daş alətlər, zəngin osteoloji ( sümuk) materiallar, əkinçilik mədəniyyətinə aid əmək alətləri, qədim gil məmulatı və digər nadir tapıntılar saxlanır. Bundan başqa, muzeydə "Kür - Araz", "Xocalı - Gədəbəy", "Talış - Muğam" mədəniyyətinə, eyni zamanda Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr vardır. Yerli və xarici alimlər dəfələrlə muzeydə olub və əsaslı şəkildə maddi mədəniyyət nümunələrindən faydalanıblar.  Etnoqrafiya bölməsi: Burada Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Bölmədə Azərbaycanlarının məişət və təssərrüfatına, adət - ənənə, mədəniyyət və incəsənətinə aid çoxlu materiallar, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkişafını əks etdirən xüsusi stendlər mövcuddur. Azərbaycanın Arxeologiya, Etnoqrafiya, Antropologiya, Numizmatika üzrə fənnləri bilavasitə muzeydə tədris olunur. Tələbələrin əyani vəsait kimi istifadə etdikləri muzey fakültəsi ziyarət edən yerli və xarici mütəxəssislər
tərəfindən maraqla qarşılanır

 

Bookmark and Share