ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MUSTAFAYEV ARİF NADİR OĞLU (1938) Tarixçi, etnoqraf

15 iyul 1938-ci ildə anadan olmuşdur. 1952-ci ildə 7 illik məktəbi, 1956-cı ildə isə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix-filologiya fakültəsində təhsil almışdır. İnstitutu fərqlənmə diplomu ilə bitirib Kürdəmir rayonu XMŞ-ə tarix müəllimi təyin olunmuşdur. 1964-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş mətbuat İdarəsində senzor işləmişdir. 1965-1968-ci illərdə AEA Tarix İnstitutunda “Etnoqrafiya” ixtisası üzrə əyani aspirant olmuşdur. 1968-1975-ci illərdə Tarix İnstitutunun Etnoqrafiya şöbəsində kiçik elmi işçi işləmişdir. 1975-1978-ci illərdə Tarix İnstitutunun nəzdində yaranmış Arxeologiya və etnoqrafiya sektorunda elmi katib, 1978-1989-cu illərdə baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1978-ci ildə baş elmi işçi, 1999-cu ildə professor diplomu almışdır. 1989-2014-cü illərdə BDU Tarix fakültəsi nəzdində “Azərbaycanın Maddi-Mədəniyyət tarixi” ETL-in müdiri vəzifəsində çalışır. “Azərbaycanın maddi mədəniyyət tarixi” və “Azərbaycanda sənətkarlıq” problemlərinin araşdırılması ilə məşğuldur. Bu problemlərlə əlaqədar 350-dən çox elmi əsərin, o cümlədən 10 monoqrafiyanın, “Azərbaycan etnoqrafiyası”nın I cildinin, “Azərbaycan etno­qrafik məcmuəsi”nin III-V buraxılışlarının və “Azərbaycan Sovet ensik­lo­pe­di­yası”nın I-X cildlərinin müəlliflərindən biridir. 1994-2003-cü illərdə o, Azər­bay­can Respublikası prezidenti yanında AAK-da ekspert vəzifəsində çalışmışdır.

Bookmark and Share