ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MUSAYEV SƏFYAR BƏYLƏR OĞLU (1935-1999) Tarixçi

17 iyul 1935-ci ildə anadan olmuşdur. 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fa­kül­tə­sində təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta mək­təbində müəllim kimi başlamışdır. 1960-cı ildən “Sovet Ermənistanı” qəzetinin Basarkeçər, Martuni, Kamo və Krasnoselsk rayonları üzrə xüsusi müxbiri olmuşdur. 1962-ci ildən Bakı Dövlət Universitetinin aspirantı olmuş, 1966-cı ildən Siyasi tarix kafedrasında müəllim, dosent, kafedranın professoru və 1982-1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir. 1965-ci ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980-ci ildə professor elmi adı almışdır. YAP-ın yaranmasında böyük xidmətləri olmuş, məşhur 91-lərin təşəbbüs qrupunun rəhbəri olmuşdur. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları Daimi Komissiyasının sədri, həmçinin MDB Ölkələri Parlamentlərarası Assambleyasının İnsan Hüquqları daimi Komissiyasının sədri olmuşdur. 300-dən çox elmi məqalənin, 6 monoqrafiyanın, “Siyasi tarix” dərsliyinin müəllifi olmuşdur. Fransa, Türkiyə, Çin, Bolqarıstan və s. ölkələrdə işgüzar səfərlərdə olmuş, 3 medalla təltif edilmişdir.

Bookmark and Share